Moskvada Arbat küçəsindəki bina Azərbaycan bayrağının rənglərinə boyanıb
- 04 aprel, 2022
- 17:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya paytaxtı Moskvanın mərkəzi Arbat küçəsində binalardan biri Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, belə qərar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Moskva şəhər rəhbərliyi tərəfindən qəbul edilib.
Binanın bir tərəfində “Rusiya – bayraq – diplomatik münasibətlərin 30 ili”, digər tərəfində isə “Azərbaycan – bayraq – diplomatik münasibətlərin 30 ili” yazısı proyeksiya edilib.
20:30
Rusiya paytaxtı Moskvanın mərkəzi Arbat küçəsində binalardan biri Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanacaq.
“Report”un Rusiya bürosunun məlumatına görə, belə qərar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Moskva şəhər rəhbərliyi tərəfindən qəbul edilib.
İşıqlandırma Yeni Arbatdakı kitab evində olacaq. Binanın bir tərəfində “Rusiya – bayraq – diplomatik münasibətlərin 30 ili”, digər tərəfində isə “Azərbaycan – bayraq – diplomatik münasibətlərin 30 ili” yazısı proyeksiya ediləcək.
İşıqlandırma gecə həyata keçiriləcək.