Rusiyada Moskva vilayətinin Yurtsovo kəndində mənzildə baş verən yanğında ana ilə üç uşağı ölüb, 5-i uşaq olmaqla daha 7 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Təəssüf ki, uşaqlar dünyasını dəyişib: beş yaşında bir oğlan, dörd və üç yaşlı qızlar. Xəstəxanada yeddi nəfər var, onlardan beşi uşaqdır və hamısı eyni ailənin bütün üzvləridir”, - deyə məlumatda bildirilib.
Nazirlik əlavə edib ki, yanğın dördüncü mərtəbədəki mənzili əhatə edib: “31 avqust 2024-cü ildə Yurtsovo kəndində dördüncü mərtəbədə yerləşən yaşayış binasının mənzillərindən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra 8 azyaşlı və onların valideynləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, ana və üç uşaq yanıqlardan dünyasını dəyişib”.