Moskva məhkəməsi Rusiya müxalifətinin lideri barəsində hökmü dəyişməyib

Moskva məhkəməsi Rusiya müxalifətinin lideri barəsində hökmü dəyişməyib Moskva şəhər məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnı barəsində çıxarılan hökmü qanuni sayıb.
Region
24 May , 2022 13:33
Moskva məhkəməsi Rusiya müxalifətinin lideri barəsində hökmü dəyişməyib

Moskva şəhər məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnı barəsində çıxarılan hökmü qanuni sayıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

“Məhkəmənin hökmü dəyişdirilməyib, apellyasiya şikayəti təmin edilməyib”, - kollegiya hakimlərindən biri qərarı açıqlayıb.

Xatırladaq ki, Aleksey Navalnı “dələduzluq və məhkəməyə hörmətsizlik” ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 45 yaşlı siyasətçi bir ildən çoxdur həbsdədir.

Son xəbərlər

Orphus sistemi