Moskva məhkəməsi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb

Moskva məhkəməsi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb Onun vəkili qərardan şikayət edəcəklərini bildirib
Region
30 Mart , 2017 17:58
Moskva məhkəməsi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb

Bakı. 30 mart. REPORT.AZ/ Moskva Şəhər Məhkəməsi müxalifətçi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, A.Navalnının vəkili Olqa Mixaylova qərardan şikayət edəcəklərini bildirib.

Daha əvvəl O.Mixaylova Navalnının həbsindən şikayət edərkən onun saxlanılması və məhkəməsinin çoxsaylı qanun pozuntuları ilə baş tutduğunu iddia edib.

Qeyd edək ki, A.Navalnı martın 26-da Moskvada antikorrupsiya yürüşü zamanı şəhərin mərkəzində saxlanılıb. Martın 27-də Tver Rayon Məhkəməsi onu polisə tabe olmamaqda təqsirli bilərək 15 sutkalıq azadlıqdan məhrum edib.

Son xəbərlər

Orphus sistemi