Moskva aeroportlarında əcnəbilər daktiloskopik yoxlamadan keçəcəklər

Moskva aeroportlarında əcnəbilər daktiloskopik yoxlamadan keçəcəklər Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.
Region
19 Sentyabr , 2024 10:19
Moskva aeroportlarında əcnəbilər daktiloskopik yoxlamadan keçəcəklər

Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və daktiloskopik barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.

"Report" xəbər verir ki, bu barədə "Kommersant"a Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

"Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Təhlükəsizlik Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək", - o bildirib.

A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün ənənəvi cazibə mərkəzi və iri nəqliyyat qovşağı olması ilə şərtlənib.

Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo avtomobil keçid məntəqəsində də tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi