​Moqerini: "Altılıq" və İran razılaşmaya bu qədər yaxın olmayıb"

​Moqerini: "Altılıq" və İran razılaşmaya bu qədər yaxın olmayıb" "Bizim saziş üçün üzərində işləməli olduğumuz problemlər qalıb"
Region
29 Mart , 2015 05:44
​Moqerini: Altılıq və İran razılaşmaya bu qədər yaxın olmayıb

Bakı. 29 mart. REPORT.AZ/ "Beynəlxalq birlik və İran hələ indiyədək nüvə proqramı ilə bağlı razılığa bu qədər yaxın olmayıb".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə şənbə günü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini məlumat verib.

"Biz heç vaxt son həftələrdəki kimi sövdələşməyə bu qədər yaxın olmamışıq", – deyə beynəlxalq "altılıq" və İran arasında danışıqlar aparmaq üçün Lozannaya gələn Aİ diplomatı bildirib.

"Bizim İranın nüvə silahı hazırlamaması, lakin eyni zamanda öz dinc proqramını həyata keçirə bilməsinə dair saziş əldə etmək üçün üzərində işləməli olduğumuz problemlər qalıb", – deyə təfərrüatları açıqlamaqdan imtina edən Moqerini qeyd edib.

Son xəbərlər

Orphus sistemi