Moldovada keçiriləcək prezident seçkisinin tarixi açıqlanıb

Moldovada keçiriləcək prezident seçkisinin tarixi açıqlanıb Moldova parlamenti növbəti prezident seçkisinin cari il noyabrın 1-də keçirilməsinin lehinə səs verib.
Region
21 May , 2020 17:37
Moldovada keçiriləcək prezident seçkisinin tarixi açıqlanıb

Moldova parlamenti növbəti prezident seçkisinin cari il noyabrın 1-də keçirilməsinin lehinə səs verib.

“Report” xəbər verir ki, məlumatı “dw” yayıb.

Bildirilib ki, Moldova prezidenti İqor Dodonun prezident seçkisinin keçirilməsi barədə təklifi parlamentin mayın 21-də keçirilən iclasında səsverməyə çıxarılıb. İclasda iştirak edən 97 deputatdan (parlament 101 deputatdan ibarətdir) 50-si qərarın lehinə səs verib. İqor Dodonun təklifini Moldova Sosialist və Moldova Demokratik partiyalarından olan deputatlar, habelə müstəqil deputat Aleksandr Oleynik dəstəkləyib.

Qeyd edək ki, Moldova Respublikası prezidentinin səlahiyyət müddəti 2020-ci il dekabrın 23-də başa çatır. Bundan əvvəlki seçki 2016-cı ilin noyabrın 13-də keçirilib. İqor Dodon isə səlahiyyətlərinin icrasına həmin il dekabrın 23-dən icra etməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi