Moldovada daha 128 nəfər koronavirusdan sağalıb

Moldovada daha 128 nəfər koronavirusdan sağalıb Moldovada koronavirusa yoluxma hallarının sayı 2 129-a çatıb.
Region
18 Aprel , 2020 11:18
Moldovada daha 128 nəfər koronavirusdan sağalıb

Moldovada koronavirusa yoluxma hallarının sayı 2 129-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə, əmək və sosial müdafiə naziri Viorika Dumbrevyanu açıqlayıb.

Onun sözlərinə görə, ölkədə son sutkada rekord sayda sağalma qeydə alınıb – 128.

Beləliklə, Şərqi Avropa ölkəsində koronavirusdan sağalanların ümumi sayı 391-ə yüksəlib. Ölənlərin sayı isə 56 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 459 nəfəri sağalıb, 154 322 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi