Moldova Prezidenti ölkəsinin təhlükəsizliyini Ukrayna ilə əlaqələndirib

Moldova Prezidenti ölkəsinin təhlükəsizliyini Ukrayna ilə əlaqələndirib Moldovanın Prezidenti Maya Sandu ölkəsinin Ukrayna sayəsində təhlükəsizlikdə olduğunu açıqlayıb.
Region
6 May , 2023 01:33
Moldova Prezidenti ölkəsinin təhlükəsizliyini Ukrayna ilə əlaqələndirib

Moldovanın Prezidenti Maya Sandu ölkəsinin Ukrayna sayəsində təhlükəsizlikdə olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Financial Times”a müsahibəsində bildirib.

Onun fikrincə, Ukraynanın işğalı Kreml üçün uğurlu olsaydı, Rusiya Moldova ərazisinə qoşun yeridə bilərdi: “İnanmıram ki, rusiyalıların sərhəddə dayanacaqdılar. Bu gün biz yalnız Ukraynanın sayəsində təhlükəsizlikdəyik”.

Moldova rəhbərinin sözlərinə görə, Rusiya Ukraynaya təcavüz etməklə SSRİ-ni bərpa etmək istəyir:

“Onlar köhnə vaxtları qaytarmaq istəyirlər. Biz isə bunu istəmirik. Moldova 30 il boyunca bufer zonasının hissəsi idi, bu isə bizim üçün yoxsulluq, korrupsiya, pis idarəçilik, mühacirlik demək idi. Biz demokratik dünyanın parçası olmaq istəyirik”.

Son xəbərlər

Orphus sistemi