Moldova prezidenti Gürcüstana səfər edib

Moldova prezidenti Gürcüstana səfər edib Moldova prezidenti Maya Sandunun Gürcüstana səfəri başlayıb.
Region
19 İyul , 2021 15:24
Moldova prezidenti Gürcüstana səfər edib
Maya Sandu

Moldova prezidenti Maya Sandunun Gürcüstana səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq aeroportunda enib.

Gürcüstan prezidenti Salome Zurabişvilinin dəvəti ilə baş tutan səfər çərçivəsində M.Sandu “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında çıxış edəcək.

O, həmçinin Gürcüstan və Ukraynanın dövlət başçıları ilə birgə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi