Mixeyil Giorqadze: Azərbaycan ilə Gürcüstan dost və qardaş ölkələrdir"

Mixeyil Giorqadze: Azərbaycan ilə Gürcüstan dost və qardaş ölkələrdir" ​Azərbaycan səfiri Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri ilə görüşüb
Region
3 Fevral , 2017 19:23
Mixeyil Giorqadze: Azərbaycan ilə Gürcüstan dost və qardaş ölkələrdir

Tbilisi. 3 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 3-də bu ölkənin mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeyil Giorqadze ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri geniş müzakirə olunub.

Səfirlikdən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

O bildirib ki, Azərbaycan ilə Gürcüstan dost və qardaş ölkələrdir: "Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır."

D.Həsənov təbrikə və xoş sözlərə görə təşəkkürünü bildirib, ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin mövcud olduğunu vurğulayıb. Diplomat Azərbaycan ilə Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən söz açıb, bu layihələrin xalqlarımız rifah halının yaxşılaşmasına xidmət etdiyini vurğulayıb.

Səfir ölkələrimiz arasında mədəniyyət sahəsində heç bir problemin olmadığını, bununla belə, bəzi həllinə ehtiyac olan məsələlərin mövcudluğunu qeyd edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi