Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib

Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili klinikaya yerləşdirilib.
Region
8 Noyabr , 2021 19:34
Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib

Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili klinikaya yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, o, saxlanıldığı Rustavidəki 12 saylı həbsxanadan 18 saylı Qldani türmə xəstəxanasına çatdırılıb.

Yayılan məlumatlara əsasən, köçürülmə helikopter vasitəsilə həyata keçirilib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvili vəziyyətinin ağırlaşmasının qarşısını almaq məqsədilə klinikaya yerləşdirilib.

Qeyd edək ki, Gürcüstana sentyabrın 28-də qanunsuz daxil olan qonşu ölkənin üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi artıq 39-cu gündür aclıq aksiyası keçirir. Onun 20 kiloqrama yaxın çəki itirdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi