Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb

Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.
Region
13 Oktyabr , 2021 21:30
Mixeil Saakaşvili üçün həkim qrupu yaradılıb
Mixeil Saakaşvili
0 : 00
0 : 00

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyəti sabiq dövlət başçısının razılığından asılı olacaq.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən siyasətçi artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi