Mixeil Saakaşvili siyasətdən gedir

Mixeil Saakaşvili siyasətdən gedir Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat partiyasını tərk edir.
Region
30 İyul , 2022 18:16
Mixeil Saakaşvili siyasətdən gedir

Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib.

Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib: “Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”.

Məsələyə münasibət bildirən VMHP-nin üzvü Baço Dolidze isə M.Saakaşvilinin partiyadan uzaqlaşması məsələsinin gündəmdə olmadığını bildirib. O, vəkilin açıqlamasına təəccübləndiyini qeyd edib.

Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, xəstəxanaya mayın 12-də köçürülüb.

Son xəbərlər

Orphus sistemi