Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılıb

Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılıb Bu gün Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Region
2 Dekabr , 2021 11:36
Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılıb

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə dinləməsi başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, siyasətçi müttəhimlər kürsüsündə əyləşib.

Məhkəmə binasının ətrafına çox sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakim Badri Koçlamazaşvili Birinci kanala prosesi canlı yayımlamağa icazə verməyib. Məhkəmə zalına bir neçə jurnalist buraxılıb.

M.Saakaşvilinin tərəfdarları məhkəmə binası qarşısında aksiya keçirirlər. 

09.02

Bu gün Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, iclas Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayacaq.

Məhkəmə işi külli miqdarda dövlət vəsaitinin israfçılığı ilə bağlıdır.

M.Saakaşvilini məhkəməyə çatdırmaq üçün Xüsusi Penitensiar Xidmətin maşınları onun müalicə aldığı Qori Hərbi Hospitalının həyətinə daxil olub.

Vahid Milli Hərəkat Partiyası məhkəmə prosesinə paralel olaraq etiraz aksiyası təşkil edəcək.

Qeyd edək ki, noyabrın 29-da baş tutmuş məhkəmə dinləməsində M.Saakaşvili iştirak edib.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Son xəbərlər

Orphus sistemi