Mixeil Saakaşvili: “Məni Rusiya agentləri zəhərləyib”

Mixeil Saakaşvili: “Məni Rusiya agentləri zəhərləyib” Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini açıqlayıb.
Region
24 Mart , 2023 17:20
Mixeil Saakaşvili: “Məni Rusiya agentləri zəhərləyib”

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini açıqlayıb.

“Report” xəbər verir ki, bunu o, ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində deyib.

Sabiq dövlət başçısı bunun həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.

M.Saakaşvilinin vəkili Massimo D'Angelo məsələyə münasibət bildirərkən deyib ki, çox güman, keçmiş prezidentin yeməyinə zəhər qatılıb.

Son xəbərlər

Orphus sistemi