Mixail Qusman: “Heydər Əliyevin yürütdüyü xətt çox doğru və dəqiq idi”

Mixail Qusman: “Heydər Əliyevin yürütdüyü xətt çox doğru və dəqiq idi” Heydər Əliyevin həyatdan köçməsindən çox illər keçdi və hər il bu insanın böyüklüyünü, onun həyatının miqyasını, problemləri dərin anlamasını və görmək bacarığını üfüq arxasında görmək daha çox heyrətləndirir.
Region
10 May , 2020 17:42
Mixail Qusman: “Heydər Əliyevin yürütdüyü xətt çox doğru və dəqiq idi”

"Heydər Əliyevin həyatdan köçməsindən çox illər keçdi və hər il bu insanın böyüklüyünü, onun həyatının miqyasını, problemləri dərin anlamasını və görmək bacarığını üfüq arxasında görmək daha çox heyrətləndirir".

Bu barədə “Report”un Rusiya bürosuna TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"Mən Heydər Əliyevi hələ onun respublikaya başçılıq etdiyi 1969-cu ildən xatırlayıram. Heydər Əliyev ilk günlərdən əhalinin onun respublikaya rəhbərlik üzrə fəaliyyətini necə qəbul etməsinə, qanunları pozanlarla, cinayətkarlarla, korrupsionerlərlə mübarizə aparmağa böyük diqqət yetirirdi.

Həmişə hakimiyyətlə xalqın arasında ən yaxşı bələdçi media olub və Heydər Əliyev bunu əla anlayırdı. O, hesab edirdi ki, insanlar respublikanın liderini qəbul etmələri üçün onun siyasətini anlamalıdırlar.

Artıq o vaxtı “Bakinski raboçi”, “Kommunist” kimi ən böyük qəzetlərdə Heydər Əliyev və respublikanın başqa rəhbərlərinin insanların həyatının yaxşı olması üçün mübarizə aparmaları barədə çoxlu materiallar dərc edilirdi. Biz cavanlar üçün bu çox əhəmiyyətli idi.

Heydər Əliyevin yürütdüyü xəttin çox doğru və dəqiq olmasını sübut edən Azərbaycan Respublikasının aldığı mükafatlar, qırmızı bayraqlar bizi sevindirməyə bilməzdi.

O, müttəfiq respublikaların mətbuatını dəvət edirdi, onların vasitəsilə müttəfiq respublikaların ictimaiyyətini dəvət edirdi, mətbuat vasitəsilə cəmiyyət gördü ki, Heydər Əliyev korrupsiyasız və rüşvətxorluqsuz təmiz, işıqlı Azərbaycan üçün mübarizə aparır", - Mixail Qusman deyib.

Son xəbərlər

Orphus sistemi