Mixail Qaluzin: Cənubi Qafqazın gələcəyini region ölkələri müəyyən etməlidir

Mixail Qaluzin: Cənubi Qafqazın gələcəyini region ölkələri müəyyən etməlidir Cənubi Qafqazın gələcəyini bu regionu ümumi evləri hesab edən ölkələr müəyyən etməlidir.
Region
15 Fevral , 2024 11:55
Mixail Qaluzin: Cənubi Qafqazın gələcəyini region ölkələri müəyyən etməlidir

Cənubi Qafqazın gələcəyini regionu ümumi evləri hesab edən ölkələr müəyyən etməlidir.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Regiondan kənar qüvvələrin bölgəyə cəlb edilməsini səmərəsiz hesab edirik. Təəssüf ki, rəsmi İrəvan son vaxtlar bu məsələyə meyllidir. Biz görürük ki, ABŞ, onun Avropa İttifaqı və NATO-dan olan əlaltılarının müdaxilə etdiyi ölkələrin və ya regionların heç birində sabitlik və dayanıqlı sülh yaranmayıb. Yalnız xaos, dövlətçiliyin və sabitliyin pozulması olub. Buna Balkanları, İraqı, Liviyanı, Suriyanı nümunə göstərmək olar”, - o bildirib.

M.Qaluzin vurğulayıb ki, Qərbin Cənubi Qafqaz regionunda maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, dayanıqlı sülh və sabitliyə nail olmağa kömək etməklə deyil, Rusiyanı proseslərdən uzaqlaşdırmaq və daha bir gərginlik mənbəyi yaratmaqla bağlıdır: “İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa və bu təşkilatın gündəliyində mövcud olan məsələlərin siyasi və ekspertlər səviyyəsində konstruktiv, məhsuldar müzakirələrinə qayıtsa, bir o qədər yaxşıdır”.

Son xəbərlər

Orphus sistemi