Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb

Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb.
Region
8 Yanvar , 2025 14:39
Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb

İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb.

“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan yanvarın 8-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var: "Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”.

XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir: "Sazişin 17 bəndindən 15-i üzrə razılıq var".

Son xəbərlər

Orphus sistemi