Mirzоyan: Ankara normallaşma prosesini İrəvan və Bakı arasındakı danışıqlarla əlaqələndirir

Region
  • 31 oktyabr, 2024
  • 07:01
Mirzоyan: Ankara normallaşma prosesini İrəvan və Bakı arasındakı danışıqlarla əlaqələndirir
Ararat Mirzoyan

Ermənistan və Türkiyə arasında dinamik, müsbət dialoq qurulub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzоyan parlamentdə bildirib.

"İki ölkə arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin, nəqliyyat və digər kommunikasiyaların açılması istiqamətində dialoq aparılır", - A.Mirzоyan izah edib.

Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhəddəki infrastrukturun qiymətləndirilməsi üzrə iş aparıblar: "Yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun oxşar qiymətləndirilməsi aparılacaq".

Bununla yanaşı, XİN rəhbəri qeyd edib ki, Ankara normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir. İrəvan bunu bir qədər qeyri-konstruktiv mövqe hesab edir, lakin münasibətlərin normallaşması baxımından nikbin əhvali-ruhiyyədədir.

Son xəbərlər

Bütün Xəbər Lenti