Mina təhlükəsi səbəbilə İrəvan metrosunun fəaliyyəti dayandırılıb

Region
  • 16 avqust, 2022
  • 06:53
Mina təhlükəsi səbəbilə İrəvan metrosunun fəaliyyəti dayandırılıb

İrəvan metrosunun fəaliyyəti stansiyalara mina yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara görə dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avqustun 16-sı Fövqəladə Hallar Xidmətinə (FHX) İrəvan metrosunun stansiyalarına partlayıcı maddələrin yerləşdirildiyi barədə məlumat daxil olub.

Məlumatın həqiqiliyini yoxlamaq üçün stansiyalara xilasedici və istehkamçı qruplar göndərilib.

“Sputnik-Armenia”nın məlumatına görə, avqustun 2-si və 16-sı da FHX-yə İrəvan metrosunun bütün stansiyalarına partlayıcı maddələrin yerləşdirildiyi barədə məlumatlar daxil olub. Yoxlamalar nəticəsində məlumatlar təsdiqini tapmayıb. Partlayıcı maddələr haqqında yalan məlumat vermə faktı üzrə cinayət işi qaldırılıb.