MHP-li bələdiyyə sədri dövlət çevrilişi cəhdinə görə saxlanılıb

MHP-li bələdiyyə sədri dövlət çevrilişi cəhdinə görə saxlanılıb Mustafa Çay Pozantı rayonunda keçirilən demokratiya mitinqlərinə qatılaraq dəstək verib
Region
2 Avqust , 2016 14:12
MHP-li bələdiyyə sədri dövlət çevrilişi cəhdinə görə saxlanılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Adana şəhərində Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə sədri saxlanılıb. 

"Report" "Doğan"a istinadən xəbər verir ki, Pozantı rayon bələdiyyəsinin sədri Mustafa Çay Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində ötən gecə qardaşı Nurəddin Çay ilə birlikdə evində həbs olunub. 

Məlumata görə, Pozantı Rayon Polis Şöbəsinə aparılan qardaşların istintaqı davam etdirilir. 

Qeyd edək ki, M.Çay iki gün əvvəl oğluna toy edib və dövlət çevrilişi cəhdindən sonra Pozantı rayonunda keçirilən demokratiya mitinqlərinə qatılaraq dəstək verib. 

Son xəbərlər

Orphus sistemi