​MHP-də sədrliyə daha bir iddiaçı məlum olub

​MHP-də sədrliyə daha bir iddiaçı məlum olub Keçmiş millət vəkili: "İdeoloji, milliyyətçi hərəkat çiyinlərimizə hansı məsuliyyəti qoysa, onu daşımağa hazırıq"
Region
30 Noyabr , 2015 13:55
​MHP-də sədrliyə daha bir iddiaçı məlum olub

Bakı. 30 noyabr. REPORT.AZ/ Meral Akşener Milliyyətçi Hərəkat Partiyasının (MHP) növbədənkənar qurulutayın keçirilməsini dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

"Qurultayda partiya sədrliyinə namizədliyinizi irəli sürəcəksinizmi" sualına cavabında o, deyib: "İdeoloji, milliyyətçi hərəkat çiyinlərimizə hansı məsuliyyəti qoysa, onu daşımağa hazırıq".

Onun bu cavabını partiya sədrliyinə namizəd olmaq istəyi kimi də qiymətləndirirlər.

Bundan öncə Sinan Oğan, Koray Aydın növbədənkənar qurultayın keçirilməsi təklifi ilə çıxış edib, MHP sədri Dövlət Bahçeliyə rəqib olacaqlarını bildiriblər.

Qeyd edək ki, bu il iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Meral Akşener İstanbuldan millət vəkili seçilmişdi. Ancaq noyabrın 1-də keçirilən növbədənkənar seçkidə isə MHP rəhbərliyi onun namizədliyini irəli sürməyib.

Son xəbərlər

Orphus sistemi