“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bəyan edib

“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bəyan edib “Meta Korporasiyası” iranlı haker qrupunun ABŞ prezidenti Cozef Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan amerikalı məmurların vatsap hesabını sındırmaq cəhdlərinin izlərini müəyyən edib.
Region
24 Avqust , 2024 07:21
“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bəyan edib

“Meta” Korporasiyası iranlı haker qrupunun ABŞ prezidenti Cozef Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan amerikalı məmurların vatsap hesabını sındırmaq cəhdlərinin izlərini müəyyən edib.

“Report” xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc olunub.

“İstifadəçi sorğularını nəzərdən keçirdikdən sonra təhlükəsizlik qruplarımız özlərini texnologiya şirkətlərinin dəstək nümayəndələri kimi təqdim edən kiçik bir qrup insanın vatsapını bloklayıblar.

Araşdırma zamanı, siyasətçiləri və diplomatları hədəf alaraq internetdə fişinqlə məşğul olan İranın APT24 haker qrupu ilə əlaqə yaradılıb. Haker hücumu İsrail, Fələstin, İran, ABŞ və İngiltərədəki şəxsləri hədəf alıb. Hücuma məruz qalan hesablar sındırılmayıb”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi