Türkiyənin Mersin əyalətinin Tarsus rayonunda avtomobilin maneəyə çırpılması nəticəsində iki ixtisaslı hərbçi çavuş ölüb, biri yaralanıb.
“Report” xəbər verir ki, məlumatı DHA yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında Tarsus-Adana-Qaziantep avtomobil yolunun Əshabi-Kəhfə çıxışına yaxın ərazidə baş verib.
Məlumata görə, çavuşlar Nevşehirdə keçirilən təlimdən sonra tətil üçün Mersinə gedirmişlər.