Mərkəz rəhbəri: “Gürcüstanda qriplə bağlı epidemiya təhlükəsi yoxdur”

Mərkəz rəhbəri: “Gürcüstanda qriplə bağlı epidemiya təhlükəsi yoxdur” “Gürcüstanda hazırda qriplə bağlı epidemiya təhlükəsi yoxdur”.
Region
27 Dekabr , 2019 11:55
Mərkəz rəhbəri: “Gürcüstanda qriplə bağlı epidemiya təhlükəsi yoxdur”

“Gürcüstanda hazırda qriplə bağlı epidemiya təhlükəsi yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

Onun sözlərinə görə, ölkədə 100 min nəfərə 190 qripə yoluxma halı qeydə alınıb. “Bu göstərici illik müqayisədə 20 faiz azdır. 100 min nəfərə 450-500 yoluxma halı düşəndə, bu artıq epidemiya hesab olunur”.

H1N1 virusundan iki ölüm halının qeydə alınmasına münasibət bildirən P.İmnadze deyib ki, həmin pasiyentlər tibb müəssisələrinə vaxtında müraciət etməyiblər.

Son xəbərlər

Orphus sistemi