Mərkəz rəhbəri: "Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalana bilər"

Mərkəz rəhbəri: "Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalana bilər" Gürcüstanda fəaliyyət göstərən "Şəffaf Qafqaz" Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev hesab edir ki, Azərbaycanla Ermənistanın ötən gün əldə etdikləri razılıq iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalını artırır.
Region
8 Dekabr , 2023 14:43
Mərkəz rəhbəri: Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalana bilər

Gürcüstanda fəaliyyət göstərən "Şəffaf Qafqaz" Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev hesab edir ki, Azərbaycanla Ermənistanın ötən gün əldə etdikləri razılıq iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalını artırır.

"Report"un yerli bürosuna açıqlamasında o deyib ki, İrəvan Bakının uzatdığı sülh əlini tutmağı bacardı.

Ekspertin fikrincə, sülh sazişi yaxın gələcəkdə imzalana bilər.

Onun sözlərinə görə, Ermənistan tərəfi başa düşdü ki, Azərbaycanla sülh bağlamaqdan başqa variantı yoxdur: "Baş nazir Nikol Paşinyan hökuməti anlayır ki, bütün iqtisadi layihələrdən kənar qalacaqlar. Bu da öz növbəsində böyük problemlər yaradacaq"

M.Qarayev qeyd edib ki, Ermənistan rəhbərliyi sərhədlərin delimitasiyası məsələsində də Azərbaycanla birlikdə qərar verəcək: "Kənar müdaxilələri görməzdən gəlib bu məsələni tez zamanda həll etmək lazımdır. Çünki regionun inkişafı üçün bu lazımdır. Ermənistan XİN rəhbərinin azərbaycanlı həmkarı ilə görüşmək istəməsi də düşünürəm ki, həm də bununla bağlıdır".

"Görüşdə sərhədlərin delimitasiyası məsələsi, regional təhlükəsizlik əsas müzakirə mövzusu olacaq. Məkanın Birləşmiş Ştatlar olması isə sadəcə simvolikdir. Görünən odur ki, iki ölkənin qərarına heç bir qüvvə mane ola bilməz", - mərkəz rəhbəri söyləyib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi