MDB xarici işlər nazirlərinin iclasının gündəliyi açıqlanıb

Region
  • 12 may, 2022
  • 06:26
MDB xarici işlər nazirlərinin iclasının gündəliyi açıqlanıb

MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının mayın 13-də Taciksitanın paytaxtı Düşənbədə keçiriləcək iclasının gündəliyi açıqlanıb.

“Report” xəbər verir ki, toplantıda 9 məsələ müzakirə olunacaq.

Bunlar aşağıdakılardır:

1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;

2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;

3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;

4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;

5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planını”na reallaşması haqqında;

6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;

7. MDB-də turizmin təşkilinin əsasları haqqında;

8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;

9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.

44 filmi