MDB ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır

MDB ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır Bakı. 14 noyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır.
Region
14 Noyabr , 2018 16:34
MDB ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır
Sputnik

Bakı. 14 noyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Maliyyə Kəşfiyyatı İdarələrinin Rəhbərləri Şurasının iclası çərçivəsində jurnalistlərlə görüşündə Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin direktoru Yuri Çixançin bildirib.

“MDB Parlamentlərarası Assambleyası ilə birlikdə nümunəvi anti-yuyulma qanunu təkmilləşdirilir. Belə ki, yeni standartlar, yeni tələblər ortaya çıxır”, - deyən rusiyalı rəsminin sözlərinə görə, qarşıda bir tərəfdən nümunəvi qanunu qabaqcıl milli hüquqi sənədlərə, digər tərəfdən də MDB ölkələrinin qanunlarını həmin nümunəvi qanuna uyğunlaşdırmaq vəzifəsi durur.

Bununla yanaşı, MDB çərçivəsində qanunsuz gəlirlərin yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün aidiyyəti qurumların əlaqəli fəaliyyəti yoluna qoyulsa da, yeni tələblər və təhdidlər nəzərə alınmaqla birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinin davam etdirildiyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi