MDB ölkələri hökumət başçılarının görüşündə iqtisadi məsələlər əsas mövzu olacaq

MDB ölkələri hökumət başçılarının görüşündə iqtisadi məsələlər əsas mövzu olacaq Oktyabr ayında Minskdə Hökumət Başçıları Şurası ilə yanaşı, MDB Maliyyə-İqtisadi Forumu keçiriləcək
Region
30 Avqust , 2016 13:47
MDB ölkələri hökumət başçılarının görüşündə iqtisadi məsələlər əsas mövzu olacaq

Bakı. 30 avqust. REPORT.AZ/ Oktyabrın 28-də Minskdə keçiriləcək MDB ölkələri hökumət başçılarının görüşündə iqtisadi məsələlər əsas mövzu olacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev məlumat verib.

Hazırda Belarus paytaxtında MDB yanında daimi slahiyyətli nümayəndələrin iclası keçirilir. Onlar Hökumət Başçıları Şurasının gələcək iclasının gündəliyinin layihəsini müzakirə edir.

"Bir çox, ilk növbədə də iqtisadi məsələlərin gündəliyə daxil ediləcəyi gözlənilir", - deyə S.Lebedev Minskdə jurnalistlərə bildirib. O, həmçinin gündəlikdə nəqliyyat, energetika və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin olacağını açıqlayıb.

Onun sözlərinə görə, oktyabr ayında Minskdə Hökumət Başçıları Şurası ilə yanaşı, MDB Maliyyə-İqtisadi Forumu da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi