MDB müşahidə missiyası: Qazaxıstanda seçkilər demokratiya prinsiplərinə uyğun keçirilib

MDB müşahidə missiyası: Qazaxıstanda seçkilər demokratiya prinsiplərinə uyğun keçirilib Qazaxıstandakı seçkilər ölkə qanunlarına və demokratiya prinsiplərinə uyğun keçirilib.
Region
10 İyun , 2019 13:10
MDB müşahidə missiyası: Qazaxıstanda seçkilər demokratiya prinsiplərinə uyğun keçirilib

"Qazaxıstandakı seçkilər ölkə qanunlarına və demokratiya prinsiplərinə uyğun keçirilib".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev bildirib.

“Bizim fikrimizcə, Mərkəzi Seçki Komissiyası tərəfindən bu gün açıqlanan nəticələr Qazaxıstan xalqının iradəsinin gerçək mənzərəsini əks etdirir. Qazaxıstan xalqının bu seçimini biz qəbul edirik və tanıyırıq”, – MSK-dakı brifinq zamanı S.Lebedev deyib.

MDB müşahidəçilərinin fikrincə, seçkilər yüksək təşkilatçılıq səviyyəsində, azad ab-havada keçirilib.

Qeyd edək ki, Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçicilərin 77,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 70,76 faizini  hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev qazanıb.

Son xəbərlər

Orphus sistemi