MDB missiyasının rəhbəri: "Özbəkistanda prezident seçkiləri fəal və mütəşəkkil qaydada keçir"

MDB missiyasının rəhbəri: "Özbəkistanda prezident seçkiləri fəal və mütəşəkkil qaydada keçir" "Müşahidəçilər bütün seçki məntəqələrinə sərbəst daxil ola bilir"
Region
29 Mart , 2015 15:31
MDB missiyasının rəhbəri: Özbəkistanda prezident seçkiləri fəal və mütəşəkkil qaydada keçir

Bakı. 29 mart. REPORT.AZ/ Özbəkistanda prezident seçkiləri fəal və mütəşəkkil qaydada keçir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bildirib. 

"Missiya artıq Daşkənddə bir neçə seçki məntəqəsində olub və hər yerdə səsvermə fəal, mütəşəkkil və sakit şəraitdə keçir, Mərkəzi Seçki Komissiyası tərəfindən görülən böyük işlər göz qabağındadır", - S.Lebedyev seçki məntəqələrinin birində qeyd edib. 

"Bizim müşahidəçilər istənilən seçki məntəqəsinə sərbəst daxil ola bilir, bütün hakimiyyət orqanlarında bizə lazımi məlumatlar verilir. Hər yerdə dəstək və fəaliyyətimizdə bizə göstərilən yardımı hiss edirik", - Lebedyev əlavə edib. 

Qeyd edək ki, MDB müşahidəçilər missiyasının tərkibində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, eləcə də MDB İcraiyyə Komitəsindən 72 müşahidəçi akkreditasiya olunub.

Son xəbərlər

Orphus sistemi