ABŞ dövlət katibi Mayk Pompeonun Gürcüstana rəsmi səfəri başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisi beynəlxalq hava limanından İsrailə yola salınıb.
M.Pompeo səfər çərçivəsində yerli mətbuata heç bir açıqlama verməyib.
Qeyd edək ki, dövlət katibi ötən gün Tbilisiyə gəlib. O, bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və xarici işlər naziri David Zalkaliani, patriarx II İlya ilə görüşüb. M.Pompeo QHT nümayəndələri ilə planlaşdırılmayan görüş də keçirib.