Marneulidə torpaq uçqunu olub, ölən və yaralanan var
Region
- 09 may, 2025
- 17:51
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.
“Report”un Gürcüstan bürosu "24News.ge" portalına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.
Belə ki, “China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:44
"Lənkəran"ın baş məşqçisi: "Basketbolçularımız "Sərhədçi" ilə matçda xarakter göstərdilər"
Komanda22:43
Avropa Qrenlandiyaya təhlükə yaranacağı təqdirdə cavab verməyə hazırlaşır
Digər ölkələr22:21
Güləş üzrə Azərbaycan çempionatında 5 çəkidə qaliblər müəyyənləşib
Fərdi22:21
BMT-nin baş katibi ABŞ-nin bəzi strukturlardan çıxmasına təəssüflənib
Digər ölkələr22:02
ABŞ Senatı Venesuelaya hücumu qadağan edən qətnaməni Konqresin təsdiqi olmadan dəstəkləyib
Digər ölkələr21:52
Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçirilib
Komanda21:50
ABŞ-də azərbaycanlı gənc itkin düşüb
Daxili siyasət21:40
Hələbdə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
Digər ölkələr21:25