Maqnitoqorskda dağıntılara baxış zamanı partlayıcı izləri tapılmayıb
Region
- 04 yanvar, 2019
- 12:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 yanvar. REPORT.AZ/ Müstəntiq-kriminalistlər və ekspertlər tərəfindən Rusiyanın Maqnitoqorsk şəhərində binanın girişinin çökdüyü yerdə aparılan yoxlama başa çatıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, baxış zamanı heç bir partlayıcı maddə və onun komponentlərinin izlərinə rast gəlinməyib.
Qeyd edək ki, Maqnitoqorskda çoxmərtəbəli binanın girişində qaz partlayışı dekabrın 31-i səhər saatlarında baş verib. Çökmə zonasında 120 nəfər yaşayıb, dağıntılar altından 39 meyit çıxarılıb.
Dünən Rusiya FHN hadisə yerindəki işlər tamamlayıb.
Следователи не обнаружили следов взрывчатки при осмотре завалов в Магнитогорске
Investigators find no traces of explosives while inspecting rubbles in Magnitogorsk
Son xəbərlər
13:19
Ekspert: "Türk dövlətləri kiberəməkdaşlığı texnoloji inteqrasiyaya keçirməlidir"
İKT
13:19
FIFA danışılmış oyunlar barədə anonim bildiriş üçün xüsusi platforma yaradıb
Futbol
13:16
Davud Rüstəmov: Kritik informasiya infrastrukturunun müdafiəsi üzrə normativ baza artıq formalaşdırılıb
İKT
13:11
"Politico": Avropa Komissiyasının resursları genişmiqyaslı kiberhücuma məruz qalıb
Digər ölkələr
13:10
Dövlət ittihamçısı Namizəd Səfərovun 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib
Daxili siyasət
13:09
Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq
Biznes
13:06
Yalçın Camalov: "Ərzaqlıq Buğda Proqramı torpaq kateqoriyalarının dəyişdirilməsini zəruri edir"
ASK
13:04
Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub
Turizm
13:02
Sabah Azərbaycanda yağış yağacaq
Ekologiya