Maqadandan qalxan təyyarə yerə çırpıldı

Maqadandan qalxan təyyarə yerə çırpıldı Rusiyada təyyarə qəzaya uğrayıb.
Region
20 Fevral , 2020 04:41
Maqadandan qalxan təyyarə yerə çırpıldı

Rusiyada təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Maqadan şəhərindən havaya qalxan "An-2" təyyarəsi müəyyən yüksəkliyə qalxa bilmədiyi üçün sərt eniş edib və yerə çırpılıb.

Təyyarədə 14 nəfər olub, onlardan ikisi ekipaj üzvüdür.

Bütün sərnişinlər müayinə üçün xəstəxanaya aparılıb, yeddi nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi