​Maku-Ərzurum dəmiryol xətti çəkiləcək

​Maku-Ərzurum dəmiryol xətti çəkiləcək Qərbi Azərbaycan valisi Türkiyə iş adamlarının İranda fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən də danışıb
Region
21 Aprel , 2016 13:16
​Maku-Ərzurum dəmiryol xətti çəkiləcək

Bakı. 21 aprel. REPORT.AZ/ İki əyalətin ticarət və mədəniyyət əlaqələrinin genişlənməsi məqsədi ilə Maku şəhəri (Qərbi Azərbaycan əyalətinin şəhəri - "REPORT") ilə Ərzurumun (Türkiyənin Ərzurum əyalətinin mərkəzi şəhəri - "REPORT") dəmiryol xətti ilə birləşməsi gündəlikdədir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan əyalətinin valisi Qurbanəli Səadət bölgənin mərkəzi Urmiya şəhərində Türkiyənin Ərzurum əyalətinin valisi Əhməd Altınparmakla görüşündə deyib.

Qərbi Azərbaycan valisi Türkiyə iş adamlarının İranda fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən, yeni suvarma sistemləri, universitetlərarası əməkdaşlığın genişləndirilməsindən danışıb.

"Hava və quru yollarının istifadəyə verilməsi, ticarət sərgilərinin keçirilməsi iki əyalətin inkişafında əhəmiyətli rola malik olacaq", - deyə Ərzurm valisi Əhməd Altınparmak bildirib.

Son xəbərlər

Orphus sistemi