Fransa Prezidenti Emmanuel Makron Zaporojye AES-lə bağlı Ukrayna və Rusiya liderləri ilə danışıqlar aparacaq.
"Report" xəbər verir ki, bu barədə
Qeyd edək ki, Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron növbəti telefon danışığı Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə edib.
Putin stansiyanın fiziki mühafizəsini təmin etmək üçün rusiyalı mütəxəssislər tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Fransa lideri isə Zaporojye AES-in təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayıb. Makron AES-lə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski və AEBA-nın baş direktoru Rafael Qrossi ilə yaxın günlərdə əlaqə saxladıqdan sonra yenidən Rusiya lideri ilə danışacağını qeyd edib.