Rusiya Prezidenti Vladimir Putin Fransanın “Fəxri Legion” ordeninin “Böyük Xaç Cəngavəri” titulundan məhrum edilə bilər.
“Report” xəbər verir ki, bu barədə məlumatı fevralın 10-da “France Presse” agentliyi yayıb.
Fransa Prezidenti Emmanuel Makron V.Putinin ordeninin geri alınacağını istisna etməyib.
Dövlət başçısı Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, V.Putinin ordendən məhrum etmək simvolik olsa da, vacib məsələdir. E.Makron hələ belə qərar vermədiyini qeyd edərək, bunun üçün daha doğru zamanı tapmağın vacibliyinin də vurğulayıb.
E.Makron Ukrayna Prezidenti Volodimir Zelenskini də “Fəxri Legion” ordeni ilə təltif etdiyini söyləyib.
Ukrayna liderinin mükafata layiqə görülməsi fonunda E.Makrona Rusiya Prezidentini müvafiq ordendən məhrum edilməsi yenidən gündəmə gəlib.
Qeyd edək ki, V.Putin bu mükafata 2006-cı ildə Rusiya və Fransa arasında münasibətlərin hərtərəfli infişafına görə layiq görülüb.