Luqansk separatçılarının “daxili işlər naziri”nə sui-qəsd olub, 1 nəfər ölüb, 7-si yaralanıb - YENİLƏNİB

Region
  • 15 may, 2023
  • 13:37
Luqansk separatçılarının “daxili işlər naziri”nə sui-qəsd olub, 1 nəfər ölüb, 7-si yaralanıb - YENİLƏNİB

Ukrayna ərazisində yaradılan qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri” İqor Kornetə qarşı sui-qəsd nəticəsində yoldan keçən 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 

Bildirilib ki, yaralananlardan 4-nün vəziyyəti ağırdr. 

Qeyd olunub ki, xəsarət alanlardan 3-ü mühafizə xidmətinin əməkdaşı olub.

16:49

Ukrayna ərazisində yaradılan qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri” İqor Kornetə qarşı sui-qəsd olub.

“Report” TASS-a istinadən xəbər verir ki, o, ağır yaralanıb.

Separatçıların nümayəndəsi xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.

44 filmi