Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı

Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı Hazırkı prezident Aleksandr Lukaşenkonun seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskaya
Region
1881
10 Avqust , 2020 10:32
Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı
Svetlana Tixanovskaya
0 : 00
0 : 00

Hazırkı Prezident Aleksandr Lukaşenkonun seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskaya 9,9% səs toplayıb.

“Report” xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb.

İlkin nəticələrə görə, müxalifət nümayəndəsinin lehinə 574 312 nəfər səs verib.

Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi