Lukaşenko: “KTMT təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni həll yolları tapmalıdır”

Lukaşenko: “KTMT təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni həll yolları tapmalıdır” “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr təhlükəsizliklərini gücləndirmək üçün yeni həll yolları tapmalı olacaqlar”.
Region
23 Noyabr , 2023 15:55
Lukaşenko: “KTMT təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni həll yolları tapmalıdır”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr təhlükəsizliklərini gücləndirmək üçün yeni həll yolları tapmalı olacaqlar”.

“Report” Belarus KİV-lərinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən KTMT sammitində deyib.

“Təşkilatımız üzv dövlətlərin və bütövlükdə Avrasiya regionunun təhlükəsizliyinin təmin edilməsinin ayrılmaz elementi olaraq qalır”, - o qeyd edib.

Onun sözlərinə görə, bu gün demək olar ki, Belarus tərəfinin ötən ilin noyabrında qarşıya qoyduğu məqsədlərə ümumilikdə nail olunub: “Əldə olunan nəticələr kollektiv uğurdur”.

A.Lukaşenko əlavə edib ki, Belarus KTMT-yə sədrliyi dövründə dostlarının və tərəfdaşlarının dəstəyi olmadan öz planlarını həyata keçirə bilməzdi.

Belarus lideri bildirib ki, sammitin gündəliyinə beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri daxildir.

Son xəbərlər

Orphus sistemi