Lukaşenko: "Belarus və Aİ münasibətlərin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib"

Lukaşenko: "Belarus və Aİ münasibətlərin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib" Bakı. 18 fevral. REPORT.AZ/ Son zamanlar aydın görünür ki, Belarus ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrdə əhəmiyyətli irəliləyiş var.
Region
18 Fevral , 2019 13:02
Lukaşenko: Belarus və Aİ münasibətlərin inkişafında əhəmiyyətli irəliləyiş əldə edib
0 : 00
0 : 00

Bakı. 18 fevral. REPORT.AZ/ "Son zamanlar aydın görünür ki, Belarus ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələrdə əhəmiyyətli irəliləyiş var".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aİ-nin büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşdə deyib.

Belarus Prezidenti əlaqələrin inkişafına birgə layihələrin həyata keçirilməsinin yardım etdiyini vurğulayıb: "Son zamanlar Aİ tərəfdən belə layihələrin maliyyələşdirilməsi əhəmiyyətli dərəcədə artıb. Bu layihələr qarşılıqlı faydalıdır, gəlin, elə bu istiqamətdə də hərəkət edək". 

A.Lukaşenko həmçinin Aİ ilə iqtisadi-ticarət əlaqələrinin inkişafını da yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi