Litvanın XİN başçısı Gürcüstana səfər edəcək

Litvanın XİN başçısı Gürcüstana səfər edəcək Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis aprelin 27-29-da Gürcüstana rəsmi səfər edəcək
Region
27 Aprel , 2021 13:42
Litvanın XİN başçısı Gürcüstana səfər edəcək
Qabrielyus Landsberqis

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis aprelin 27-29-da Gürcüstana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçısı səfər çərçivəsində gürcü həmkarı David Zalkaliani ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.

Q.Landsberqis həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlament üzvləri ilə də görüşəcək.

Son xəbərlər

Orphus sistemi