Litva Ukraynaya 50 ədəd M-113 zirehli nəqliyyat vasitəsi verib.
“Report” “delfi.lt”ə istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib.
O, Rusiyanın apardığı müharibədə Litvanın Ukraynanı müdafiə etdiyini və gələcəkdə bunun davam etdiriləcəyini vurğulayıb:
“Qeyd edim ki, təxminən üç gün öncə göndərdiyimiz 50 M-113 zirehli nəqliyyat vasitəsi Ukraynaya çatıb”.