Litva Ukraynaya 114 transformator göndərib

Region
  • 28 noyabr, 2022
  • 13:32
Litva Ukraynaya 114 transformator göndərib

Litva son günlərdə Ukraynaya 6 yük maşını ilə 114 transformator göndərib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas tviter səhifəsində yazıb.

“Litva ümumilikdə Ukraynaya 252 transformator tədarük etmək niyyətindədir”, - nazir qeyd edib.

A.Anuşauskasın sözlərinə görə, Litvanın enerji şirkətləri Rusiyanın hücumlarından əziyyət çəkən Ukraynanın energetika sektorunun yenidən qurulması üçün artıq 3 milyon avro dəyərində yardım edib. Bugünlərdə isə daha 2 milyon avroluq yardım göndərmişdi.

44 filmi