Leonid Slutski: "Ukrayna ilə danışıqlar nəticə vermir"

Leonid Slutski: "Ukrayna ilə danışıqlar nəticə vermir" "Ukrayna ilə danışıqlar nəticə vermir".
Region
6 May , 2022 07:21
Leonid Slutski: Ukrayna ilə danışıqlar nəticə vermir

"Ukrayna ilə danışıqlar nəticə vermir".

"Report" xəbər verir ki, bunu Ukrayna-Rusiya danışıqları üzrə nümayəndə heyətinin üzvü, Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski bildirib.

Slutski İstanbulda aparılan danışıqlarda razılaşdırılan qərarların sonradan Kiyev tərəfindən yerinə yetirilmədiyini deyib.

"Kiyev nümayəndələri razılığa gəldikdən sonra geri çəkiliblər. Ukrayna tərəfi ilə danışıqlar aparmaq kifayət qədər çətindir", - heyət üzvü qeyd edib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib ki, Rusiya danışıqlar aparmaq üçün adamlar göndərsə də, yekun qərarı Vladimir Putin verəcək. Odur ki, yalnız iki dövlət başçısı arasında birbaşa danışıqlar səmərəli olacaq.

Son xəbərlər

Orphus sistemi