Lavrov: Ukraynada prezident seçkiləri keçirilməlidir

Lavrov: Ukraynada prezident seçkiləri keçirilməlidir Ukraynalılar legitim prezidentə malik olmaq istəyirlərsə, prezident seçkiləri keçirməlidirlər. Hazırda Ukraynada yalnız Ali Rada legitimliyə malikdir.
Region
26 Dekabr , 2024 13:26
Lavrov: Ukraynada prezident seçkiləri keçirilməlidir
Sergey Lavrov

Ukraynalılar legitim prezidentə malik olmaq istəyirlərsə, prezident seçkiləri keçirməlidirlər. Hazırda Ukraynada yalnız Ali Rada legitimliyə malikdir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-lərə müsahibəsində bildirib.

"Rusiya Prezidenti Vladimir Putin birbaşa xətdə indiki Ukrayna hakimiyyətinin legitimliyi ilə bağlı çox aydın şəkildə dedi ki, ukraynalılar Kiyevdəki vəziyyəti Ukrayna Konstitusiyasına uyğunlaşdırmaq üçün bunu özləri həll etməlidirlər. Əgər onlar legitim prezidentə malik olmaq istəyirlərsə, bunun üçün əlbəttə ki, seçkilər keçirməlidirlər. Hələlik isə Putinin söylədiyi kimi, Konstitusiyaya əsasən yalnız Ali Rada və müvafiq olaraq onun sədri legitimliyə malikdir", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi