Sergey Lavrov: "Rusiya və İran Xəzər dənizinin statusu ilə bağlı əməkdaşlığı davam etdirəcək"

Sergey Lavrov: "Rusiya və İran Xəzər dənizinin statusu ilə bağlı əməkdaşlığı davam etdirəcək" Rusiya XİN rəhbəri: "İran ilə bağlı razılaşmanın tezliklə qüvvəyə minməsini gözləyirik"
Region
17 Avqust , 2015 14:47
Sergey Lavrov: Rusiya və İran Xəzər dənizinin statusu ilə bağlı əməkdaşlığı davam etdirəcək

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiya və İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı əməkdaşlığı davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, iki ölkə Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın üzərində işləyir. 

İranın nüvə proqramından danışan S.Lavrov bildirib ki, İran ilə bağlı razılaşmanın tezliklə qüvvəyə minməsini gözləyir.

Öz növbəsində M.C.Zərif vurğulayıb ki, iki tərəf "Fordo" nüvə obyekti üzrə əməkdaşlıq edəcək: "Müqavilə ilə müvafiq həyata keçirəcəyimiz, o cümlədən izotopların istehsalı ilə bağlı razılaşmalar mövcuddur".

İkitərəfli əməkdaşlıq haqqında danışan Rusiya XİN rəhbəri qeyd edib ki, onlar dinamik şəkildə inkişaf edir, eləcə də əlavə edib ki, ölkələr viza rejiminin sadələşdirilməsi ilə bağlı işləri sürətləndirmək razılığına gəlib. 

Görüş zamanı nazirlər həmçinin Suriya məsələsinə də toxunub. M.C.Zərifin sözlərinə görə, İran Suriya məsələsində Rusiyanın mövqeyini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi