Lavrov: “Rusiya Gürcüstan ilə uçuşların tezliklə bərpasına ümid edir”

Lavrov: “Rusiya Gürcüstan ilə uçuşların tezliklə bərpasına ümid edir” “Rusiya Gürcüstan ilə birbaşa uçuşların tezliklə bərpa olunacağına ümid edir”.
Region
18 Yanvar , 2023 14:03
Lavrov: “Rusiya Gürcüstan ilə uçuşların tezliklə bərpasına ümid edir”

“Rusiya Gürcüstan ilə birbaşa hava reyslərinin tezliklə bərpa olunacağına ümid edir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ümid edirəm ki, tezliklə birbaşa uçuşları bərpa edə biləcəyik”, - xarici işlər naziri mətbuat konfransında bildirib.

“Mən şadam ki, insanlarımızla Gürcüstan arasında əlaqələr fəal şəkildə inkişaf edir. Ötən il Gürcüstanın ÜDM-i 10 faiz artıb ki, bu da, əsasən turizm və Rusiya Federasiyası ilə münasibətlər hesabına baş verib”, - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi